“Deyin, kömək eləsin, doğma klubu deyil?” – PUL YIĞIRLAR

11 Fevral 2023 22:20 Maraqlı 644
“Deyin, kömək eləsin, doğma klubu deyil?” – PUL YIĞIRLAR

“İmişli”nin baş məşqçisi Ruhid Usubov yerli camaatdan dəstək istəyib.

Birinci Divizion təmsilçisinin çalışdırıcısı bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib.

“Əziz imişlilər, dəstəyinizə ehtiyacımız var. İmişli futbolunun gələcəyini bir yerdə qoruyaq” deyə yazılan postda ianə etmək üçün bank hesabı da göstərilib.

Şərh yazanlar arasında yer alan Azərbaycan millisinin veteran müdafiəçisi Saşa Yunusoğlunun fikirləri xüsusi diqqət çəkib.

Hazırda “Sabah”ın akademiyasında çalışan gənc mütəxəssis həmkarına maraqlı məsləhət verib:

“Bəhlula deyin, kömək eləsin. Doğma klubu deyil? Azından uşaqlar üçün toplar,inventar və forma ala bilər”.

Usubov isə millimizin və “Qarabağ”ın müdafiəçisinin daha əvvəl kluba yardım etdiyini Saşanın diqqətinə çatdırıb.

Amma “İnşallah, yenə edər” deyə cavabına əlavə etməklə adıçəkilən futbolçudan növbəti dəfə dəstək gözləmələrini gizlətməyib.

Saşa Yunusoğlunun Bəhlul Mustafazadənin adını çəkməsi səbəbsiz deyil.

Əksəriyyətin “Qəbələ” akademiyasının yetirməsi kimi tanıdığı arxa xətt oyunçusu əslində İmişli futbolunun yetirməsidir. O, futbolun sirlərini ilk olaraq məhz bu şəhərin komandasında öyrənib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”