“Yuventus”un, “Qarabağ”ın oyunlarına gedib “qol” bağırmışıq”

17 İyul 2022 11:20 Maraqlı 1 593
“Yuventus”un, “Qarabağ”ın oyunlarına gedib “qol” bağırmışıq”

“Mən “Yuventus” azarkeşiyəm. Bəzən gün ərzində 2, həftədə bir neçə oyun izləyirəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər ARB telekanalının aparıcısı Rahil Sayadoğluya məxsusdur.

O, xanımı Aynur Kərimova ilə mübahisə etdikləri mövzular barədə danışıb. Bunlardan biri Rahilin futbol sevgisidir.

Rahil deyir ki, futbol azarkeşliyi mübahisədən daha çox, fikir ayrılığı yaradan səbəbdir. O, nə qədər çalışsa da, həyat yoldaşına futbolu sevdirə bilməyib:

“Bu, futbolla maraqlanmayan bir adam kimi onu yorur. Özünün həftə ərzində 3-4 serialı olur, biz heç ona qarışmırıq (gülür).

Sevgili, nişanlı olduğumuz müddətdə Aynura “Yuventus” forması aldım, soyadımızı yazdıq. Bununla bərabər, müxtəlif məkanlarda “Yuventus”un oyunlarına gedib baxmışıq,

“Qarabağ”ın oyunlarına gedib “qol” deyib bağırmışıq. İstəyirdim ki, o da yanımda olsun. O da macəra, kampaniya naminə gedirdi.

Yenə də futbolu sevdirə bilmədim. Bəlkə bir gün ola, amma hələ ki, alınmır“ (gülür).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu