Konfrans Liqasına övladı ilə hazırlaşan "Qəbələ"li kimdir? - VİDEO+FOTOLAR

11 İyun 2022 19:40 Maraqlı 930
Konfrans Liqasına övladı ilə hazırlaşan "Qəbələ"li kimdir? - VİDEO+FOTOLAR

Konfrans Liqasında mübarizə aparacaq "Qəbələ" bu ayın 15-i doğma rayonda bir araya gələcək.

Hələlik isə futbolçular istirahətdədilər. Legionerlər öz ölkələrinə getdiyi kimi, yerli futbolçularda doğulduqları rayonlarına üz tutublar.

Amma futbolçular istirahətdə olanda da onları ağır mövsüm və avrokuboklarda mübarizə gözlədiyini unutmurlar. Məsələn, mərkəz müdafiəçisi Murad Musayev kimi.

Belə ki, əla sezon keçirmiş oyunçu doğma rayonu Zaqatalada vaxtaşırı "Simurq"un ev oyunlarını keçirdiyi stadiona gedir və formada qalmaq üçün fərdi məşqlər edir.

Musayev heç də arenada tək hazırlaşmır. Onu sevimli övladı olan Miray müşahəd edir. Hətta bəzən şirin balaca özü də aktiv məşq etməyindən qalmır.

Maraqlı olacağını nəzərə alıb, istəyimiz əsasında ata-balanın məşqindən çəkilmiş foto və videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti