Millinin sabiq futbolçuları De Byazini belə ƏLƏ SALDI

10 İyun 2022 23:40 Maraqlı 3 696
Millinin sabiq futbolçuları De Byazini belə ƏLƏ SALDI

Azərbaycan millisi Millətlər Liqasının üçüncü turunu da qələbəsiz başa vurub.

Doğma meydanda Slovakiyanı qəbul edən Canni De Byazinin yetirmələri məğlub olub - 0:1.

Matçda sonra sosial şəbəkələrdə italiyan mütəxəssisin heyət seçimi, etdiyi əvəzetmələr, seçdiyi taktika gülüş obyektinə çevrilib.

De Byazini məsxərəyə qoyanlardan biri də yığmanın sabiq futbolçusu İlqar Qurbanov olub.

Belə ki, veteran futbolçu öz sosial şəbəkə hesabından "B , A , Pro oxumaq fikrim var idi, belə başa düşürəm ki C bəsdi" - deyə ironiyalı paylaşım edib.

Digər sabiq milli üzvü, hazırda "Qəbələ"də çıxış edən Asif Məmmədov Qurbanovun postuna "Eminin yerinə Abbası buraxmaq
üçün C də lazım deyil" - deyə şərh yazıb.

Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta "Biz nağıl danışırıq, futbolu bilmirik... adamlar bilir nə edir" - deyə reaksiya verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı