“Ola bilsin ki, bu, kağız üzərində daha az seksualdır”

18 Oktyabr 2021 21:40 Maraqlı 656
“Ola bilsin ki, bu, kağız üzərində daha az seksualdır”

“Bavariya”nın və Fransa yığmasının müdafiəçisi Benjamen Pavar özünün oyun üslubu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Pavarın oyun üslubunu, əsasən “İnter”li Əşrəf Hakimi və “Çelsi”nin futbolçusu Trent Aleksander-Arnoldla müqayisə edirlər.

O, buna da münasibət bildirib: “Bəli, ola bilsin ki, kağız üzərində “Pavar üslubu” Hakimi və Trentin üslubuna nisbətən daha az seksualdır.

Amma mənə elə gəlir ki, müdafiə planında mən onların hər ikisindən yaxşıyam.

Əgər kifayət qədər yaxşı keyfiyyətə sahib olmasaydım, onda Fransa yığmasının əsas üzvü də olmazdım”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar