"Keşlə"dəki Conu yalnız pul maraqlandırır: "Harada olsa, oynamağa hazıram".

18 May 2020 14:50 Şamaxı 518
"Keşlə"dəki Conu yalnız pul maraqlandırır: "Harada olsa, oynamağa hazıram".

"Ötən mövsüm bir qədər çətin alındı. Amma mən tam qərarlı, komandam isə hazırlıqlı idi.

Ona görə də çoxlu yaxşı oyun keçirə bildim və tədricən yaxşı forma yığdıq və nəticəyə nail olduq".

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Con Kamara Sports.kz-yə müsahibəsində deyib. Azərbaycana gələnədək Qazaxıstan "Kaysar"ında çıxış etmiş sierra-leoneli yarımmüdafiəçi iki ölkəni və onların çempionatlarını müqayisə edib:

"Açığı, Bakı gözəl şəhərdir. Burada həyatı maraqlı edən çox şey baş verir. Azərbaycan başqa ölkədir, orada insanlarla birgə olaraq, onlarla danışmaq və başa düşmək asandır. Qazaxıstanda isə əsas problemlərimdən biri dillə bağlı idi.

Xüsusən, yaşadığım Kızılorda şəhərində. Hər iki ölkənin liqaları çox yaxşı, rəqabətədavamlıdır. Fərq ondadır ki, Qazaxıstanda komanda və oyun sayı daha çoxdur. Amma səviyyə sadəcə eynidir"

Azərbaycan Premyer Liqasının sona 8 tur qalmış koronavirus pandemiyası üzündən dayandırıldığını xatırladan 32 yaşlı oyunçu çempionatın bərpasını istədiklərini vurğulayıb:

"Nələrin baş verəcəyini bilmirik. Artıq may ayıdır, amma hələ heç nə başlamayıb. Hazırda Bakıdayam. Karantinlə bağlı vəziyyət həqiqətən də çətindir. Amma biz bütün tələb və tövsiyələrə riayət etməliyik. Komandamız hazırda üçüncü yerdədir. Bu da bizim üçün yaxşı mövqedir".

Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edir. Afrikalı müqaviləsinin başa çatmaq üzrə olduğunu da xatırladaraq, agentlərinin gələcək karyerası üzərində çalışdıqlarını bildirib:

"Türkiyə, Qazaxıstan və digər ölkələrdən mənə maraq göstərən və maraqlı təkliflər ünvanlayan klublar var. Futbolçuyam, vəziyyət düzəldikdən sonra istənilən vaxt və harada olsa, oynamağa hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"