Premyer Liqa klublarının taleyi ilə bağlı YENİ XƏBƏR

14 Aprel 2020 14:30 Şamaxı 921
Premyer Liqa klublarının taleyi ilə bağlı YENİ XƏBƏR

Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi.

Dünən məlumat vermişdik ki, elita yarışması mayın sonunda bərpa oluna bilər. Belə ki, AFFA bununla bağlı klubları şifahi şəkildə bilgiləndirib.

Bildirilib ki, UEFA bütün Avropa ölkələrində çempionatların qaldığı yerdən davam etdirilməsini istəyib və beynəlxalq qurumlarla intensiv məsləhətləşmələr aparılır.

Bir qədər öncə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev açıqlama verib ki, Premyer Liqanın bərpası ən azı karantin dövrü bitənədək uzadılıb.

O, çempionatla bağlı məsələdə Nazirlər Kobinetinin qərarına uyğun hərəkət edəcəklərni bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".

Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb: "Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.

Redaksiyamıza daxil olan yeni məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov klublara aprelin son iş həftəsinədək gözləməyi məsləhət bilib.

Federasiya rəhbəri Premyer Liqa təmsilçilərinin nümayəndələri ilə söhbətində ayın 22-dən sonra UEFA-dan gələcək xəbər əsasında fəaliyyətə keçəcəklərini qeyd edib. Belə ki, o arada Avropa futbol qurumunun yarımçıq dayandırılan çempionatların taleyi ilə bağlı növbəti video-konfransı keçirilməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı