"Qalib də gələ bilərdik, məğlub da ola bilərdik"

29 Fevral 2020 18:18 Şamaxı 680
"Qalib də gələ bilərdik, məğlub da ola bilərdik"

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Oyunun gərgin və yaxşı olacağını hardasa təxmin etmişdim. Maraqlı qolları olan və mübarizəli futbol gördük. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Baxmayaraq ki, hesabda geri düşürdük, dönüş edə bilirdik. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Nəticə ədalətli oldu. Məğlub durumda olanda futbolçularımın geridönüş etməsi sevindirdi. Qarşıda çətin oyunlar var. Sona doğru qısa addımlarla və səbrlə işimizi davam etdiririk. İnşallah, bəhrəsini də görərik.

- Con Kamaranın durumu nə yerdədi və onun yoxluğunda nə edəcəksiz?

- Bütün futbolçulara etimadımız tamdı. Pərviz Azadov sonradan meydana girsə də, yaxşı oynadı. Ötən oyunda qol da vurmuşdu. Turalda bir az yorğunluq hiss olunur. Kamaranın yoxluğu bizə çətinlik yaradır. Sabah son vəziyyətini biləcəyik. Əlimizdə olan futbolçulardan istifadə etməyə çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti