"Keşlə"nin "bazar"ında şıddırığı… Sadəcə, məğlubiyyət?

17 Fevral 2020 21:04 Şamaxı 783
"Keşlə"nin "bazar"ında şıddırığı… Sadəcə, məğlubiyyət?

“Keşlə” Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, yubiley uğursuzluğu Premyer Liqanın XVII turuna təsadüf edib.

Səfərdə “Neftçi”yə 1:3 hesabı ilə uduzan “Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb. Bu, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.

"Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da “Xəzər Universiteti” debüt oyununda evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti