"Səni bura gətirənin…": Əhmədovla Sezarın sözü çəpləşdi!

25 Yanvar 2020 14:39 Şamaxı 1 430
"Səni bura gətirənin…": Əhmədovla Sezarın sözü çəpləşdi!

"Keşlə"ni ağuşuna alan qalmaqalların sırasına daha biri əlavə olunub.

Sportinfo.az-ın məlumatına görə, Tərlan Əhmədov Vüsal İsgəndərlidən sonra bu dəfə Sezar Meza Kolli ilə problem yaşayıb.

Hadisə "Arsenal"la yoxlama matçından (1:2) sonra yaşanıb. Belə ki, paraqvaylı yarımmüdafiəçinin Tula təmsilçisinə qarşı sərgilədiyi oyundan narazı qalan baş məşqçi onun ünvanına ağır ifadələr işlədib.

Məğlubiyyəti həzm etməyən çalışdırıcı komandanın liderinə "səni bura gətirənin…" təhqiri ilə başlayan bir neçə söz deyib. O, Sezara yalnız özünü düşündüyünü, komanda üçün mübarizə aparmadığını və fikrinin başqa yerdə olduğunu söyləyib.

Vüsal kimi, Sezar da Əhmədova cavab qaytarıb. Cənubi amerikalı legioner daha sonra ondan klub nümayəndələrinə şikayət edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada