"Arsenal"ın prezidenti Azərbaycan klubuna…

25 Yanvar 2020 13:44 Şamaxı 1 147
"Arsenal"ın prezidenti Azərbaycan klubuna…

Tula "Arsenal"ının prezidenti Quram Acoyev Antalyada Rumıniya "Sepsi"si (1:0) və "Keşlə"ylə (2:1) keçirdikləri yoxlama matçları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandasının yaxşı təsir bağışladığını bildirib:

"Antalyada hər iki qarşılaşmamız yaxşı mübarizəli alındı. Yoldaşlıq xarakteri daşıdığını deməzdim. Kifayət qədər ciddi oyunlar keçirdik.

Düzdür, təlim-məşq toplanışında nəticə o qədər də vacib deyil, amma hər futbolçu istənilən matçda qalib gəlmək, qazanmaq istəyir və bu, düzgündür.

Azərbaycanla Rumıniya çempionları fevralın ilk günlərində bərpa olunur. Bu komandalar hazırlığın son mərhələsindədirlər. Çünki çox tezliklə qarşıda rəsmi oyunlar gözləyir. Buna baxmayaraq, həmin iki matçda qələbə qazanmağı bacardıq ki, bu da həmişə xoşdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"