"Keşlə" daha 5 futbolçu ilə vidalaşdı: 3 yerli, 2 legioner

29 İyun 2020 15:46 Şamaxı 1 204
"Keşlə" daha 5 futbolçu ilə vidalaşdı: 3 yerli, 2 legioner

"Keşlə" klubu daha 5 futbolçusu ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb.

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.

"Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasovla vidalaşıb.

Paytaxt klubu Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqaviləni yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var