Baş məşqçi dəyişdi, yeni müqavilədən imtina olundu

26 İyun 2022 11:40 Şamaxı 1 941
Baş məşqçi dəyişdi, yeni müqavilədən imtina olundu

«Şamaxı»nın yeni baş məşqçisi Cavid Hüseynov gözlənilməz addım atıb.

O, yaxınlarda müqavilə müddətini 1 il uzadan Stanislav Namaşkonun xidmətindən imtina edib.

Son üç mövsümü burada keçirən qapıçıya bu barədə xəbərdarlıq olunub.

Amma Moldova yığmasının kiperi anlaşmanın qarşılıqlı razılıq əsasında pozulmasına razılaşmır və təzminat istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti