Premyer Liqa klubunda KÜTLƏVİ… YENİ HADİSƏ!

16 Sentyabr 2021 09:40 Şamaxı 2 443
Premyer Liqa klubunda KÜTLƏVİ… YENİ HADİSƏ!

Premyer Liqanın ilk 3 turunda məğlubiyyətlə üzləşən «Keşlə»nin bütün heyət üzvləri cərimələnib.

Sportinfo.az-ın məlumatına görə, bu qərar Sənan Qurbanova məxsusdur.

Baş məşqçinin göstərişi ilə köməkçilərinin, o cümlədən, futbolçular və texniki personalının maaşı kəsilib. Belə ki, avqust ayının əməkhaqqısından 10 faiz tutulub.

Hərçənd klub rəhbərliyi bu qərarın əleyhinə olub. Amma Qurbanov israr edərək, «komandada nizam-intizam yaratmaq üçün hamı cərimələnməlidir» deyib və istəyini həyata keçirib.

Digər Xəbərlər
Xəbər Lenti