"Zirə" ilə ilk oyundan sonra Roman Qriqarçuk mənə dedi ki, ..." - Sənan Qurbanov

2 May 2021 20:20 Şamaxı 1 631
"Zirə" ilə ilk oyundan sonra Roman Qriqarçuk mənə dedi ki, ..." - Sənan Qurbanov

"Mən iş tərzimi dəyişməmişəm. Düzdü, "Qəbələ"də böyük məşqçilərlə işləmək mənə böyük fayda verdi. "Qəbələ"də necə idimsə indi də eləyəm. Eyni qayda da "Keşlə"də çalışıram. Peşəkarlığı hər zaman qorumuşam. İşə yanaşmada ciddiyəti qoruyuram. "Keşlə"də bunu tətbiq etməyə çalışıram. Zamanla uşaqlar daha yaxşı olacaq. Mənə elə gəlir "Qəbələ"də də eyni tərzdə başlamışdım. Dəyişən nəsə yoxdur. Hər gün nəsə öyrənməyə çalışırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Sənan Qurbanov hazırda çalışdığı Keşlə" ilə sabiq klubu "Qəbələ"ni müqayisə edərkən deyib.

Gənc mütəxəssis "Qəbələ" ilə ölkə kubokunu qazansan da belə kölgədə qaldığını etiraf edib: "Qəbələ"də də yaxşı oyunlarımız olurdu. Orda davamlı tapşırıqlar verirdik ki, komanda dağılmasın, kompakt futbol oynasın. Bəzən bu alınır, bəzən də yox. Razıyam ki, "Qəbələ"də çalışanda haqqımda elə də yaxşı fikirlər formalaşdıra bilmədim. "Qəbələ" mənə böyük təcrübə oldu. Orda eləməməli olduğum və oyunumuza təsir edən nələrsə vardısa, indi onları eləməməyə çalışıram. Karyeramda cəmi iki komanda olub. Hər gün təcrübəni artırmağa, nələrsə öyrənməyə çalışıram.

"Qəbələ"də uzun illər köməkçi məşqçi işlədim. Sonra çox futbolçu heyəti tərk elədi. Yeni futbolçular dəvət edib yeni komanda qurmağa çalışdıq. Məsuliyyətin altına girmişdik. Mənim üçün ən böyük təcrübə Roman Qriqarçuk oldu. Onun fəlsəfəsini çox bəyənirdim. Fikirlərim üst-üstə düşdüyü üçün onun metodunu tətbiq eləməyə çalışıram".

Qurbanov Ukraynalı mütəxəssisdən hələ də məsləhətlər aldığını bildirib: "Qriqarçukla danışıqlarım olur. Elə bu yaxınlarda danışığımız oldu. "Zirə" ilə kubokda baş tutan ilk oyundan sonra danışığımız oldu. Mənə sual verdi ki, "bilirsən niyə uda bilmirsiniz?" Bir az fasilə elədim ki, görüm nə cavab deyəcək. Dedi "Qol vurmursunuz"(gülür). Sadəcə qol vurmaq lazım olduğunu bildirdi. Çox sağ olsun. Hər zaman dəstəyini hiss elətdirir. İş rejiminə bələdəm. Çox vaxt məşğul olduğu üçün gec-gec olsa da telefon danışıqlarımız olur. Son dəfə də özü yığmışdı".

Digər Xəbərlər
Xəbər Lenti