Bakı klubunda 100-ə çatan legioner kimdir? - FOTO

22 Aprel 2021 23:00 Şamaxı 894
Bakı klubunda 100-ə çatan legioner kimdir? - FOTO

Sezar Meza Kolli “Keşlə”nin heyətində 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına təsadüf edib.

“Zirə” ilə ev qarşılaşması (1:2) legionerin 100-cü görüşü olub.

O, bu oyunlarda 16 qol vurub. Sezar 2013-16 və 2018-ci illərdə də şərəfini qoruduğu “Keşlə”yə 2019-cu ilin yayında qayıdıb.

O, Premyer Liqada 82 (9 qol), ölkə kubokunda 16 (5 qol), UEFA Avropa Liqasında 2 (2 qol) matçda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti