“Onlardan bir neçəsi Premyer Liqada çıxış edə bilər”

8 Aprel 2021 17:40 Şamaxı 890
“Onlardan bir neçəsi Premyer Liqada çıxış edə bilər”

“Əvəzedici komandaya kömək etməyimizi məşqçilər istədi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Rail Məlikov deyib.

"Keşlə-2" Divizionunun 20-ci turunda "Turan Tovuz"u qəbul edib. Əsas heyəti 2 futbolçusu ikinci komandada forma geyinib.

Bunlar Rail Məlikovla Ruslan Əmircanovdur. Hər iki müdafiəçi çempionatın lideri ilə görüşdə 90 dəqiqə meydanda yer alıb.

Hər iki futbolçu mövsümdə ilk dəfə I Divizionda oynayıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

R.Məlikov oyun praktikası toplamaq baxımından bu qərarın ona faydalı olduğunu bildirib:

“Mən əvəllər də əvəzedici heyətdə çıxış etmişəm. “Neftçi” və “Denizlispor”da oynamağım yadıma gəlir. Düzdür, onda ya qırmızı vərəqə alandan, ya da zədə alandan sonra bir müddət çıxış etmişəm, ancaq yenə də “dubl” mənə yad yer sayılmamalıdır.

“Keşlə”nin əvəzedici heyətində istedadlı uşaqlar çoxdur. Onlardan bir neçəsi Premyer Liqada çıxış edə bilər. Sadəcə, o uşaqlara inanmaq lazımdır.

Mən və Ruslan təcrübəli futbolçuyuq, komandaya kömək etməyimizi istəyəndə, o dəqiqə razılaşdıq. Fikirləşdik ki, həm özümüz oyun praktikası qazanarıq, həm də cavanlara dəstək olarıq.

Çünki əvəzedici komanda çoxdandır qələbə qazanmırdı. Şükür, gəlişimiz düşərli oldu, komanda uddu. Bizdə əsas və əvəzedici söhbəti yoxdur, hər ikisi bizimdir.

“Turan” çemionatın lideridir və bilirdik ki, bizi necə ağır oyun gözləyir. Komandamız istəkli və düzgün oynadı, güclü rəqibin öhdəsindən gəldi”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!