"Neftçi"nin sabiq legioneri özünü Bakı klubuna təklif etdi

7 Aprel 2021 16:00 Şamaxı 1 869
"Neftçi"nin sabiq legioneri özünü Bakı klubuna təklif etdi

"Neftçi"nin sabiq legioneri Dario Frederiko yenidən Azərbaycana qayıtmağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi bu məqsədlə “Keşlə”yə müraciət edib.

O, yayda sərbəst agent statusu ilə müqavilə bağlamağa hazır olduğunu bildirib.

Bakı təmsilçisi cənubi amerikalı futbolçuya iyunadək gözləməyi tapşırıb. Çünki “Keşlə”nin növbəti mövsümlə bağlı planlarına həmin vaxt aydınlıq gələcək, transfer büdcəsi məlum olacaq.

30 yaşlı vinger hazırda karyerasını Vyetnamda davam etdirir. Braziliyalı "Hoşimin" ilə birillik müqavilə imzalayıb.

Dario 2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Kəpəz"in də şərəfini qoruyub.

Frederiko "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti