"Bu legioneri perspektiv üçün Azərbaycana gətirmişik"

5 Mart 2021 11:40 Şamaxı 1 350
"Bu legioneri perspektiv üçün Azərbaycana gətirmişik"

“O, bir neçə gündür buradadır və baxışdan keçir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin idman direktoru Ceyhun Sultanov deyib.

Dünən xəbər verdiyimiz kimi, Abengvah Kaleb hazırda paytaxt təmsilçinin düşərgəsində yer alıb. Baş məşqçi Sənan Qurbanov qanalı müdafiəçini yoxlanışa cəlb edib.

C.Sultanovun bildirdiyinə görə, baş məşqçi 23 yaşlı afrikalı barədə qərarını qarşıdakı günlərdə verəcək:

“Kalebi bura perspektiv üçün gətirmişik. Hazırda məşqlərdə özünü göstərməyə çalışır. Qrafik sıxdır deyə, indiyədək ona çox vaxt ayırmaq mümkün olmayıb.

Martın 14-dən sonra çempionat fasilə yaranacaq və baş məşqçi həmin arada fikrini bildirəcək“.

Digər Xəbərlər
Xəbər Lenti