"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Azər Bağırova tapşırılıb. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.
Azər Bağırov son olaraq "Araz-Naxçıvan"da fəaliyyət göstərib. Bu ilin martında Muxtar Respublika təmsilçisi ilə yollarını ayıran mütəcəssis yeni iş yerində üzərinə böyük öhdəlik götürüb.
O, «sarı-göylər»i Premyer Liqada saxlamalıdır. Beş turdan sonra xal qazana bilməyən kollektiv hazırda turnir cədvəlinin 10-cu pilləsində yer alıb.
Bugündən işə başlayan Bağırov klub rəhbərliyinə xeyli güzəştə gedib. «Kəpəz»in maliyyə durumunu nəzərə alan çalışdırıcı minimal şərtlərlə işləməyə razılıq verib.
Mövsümün sonunadək 6000 manat civarında əməkhaqqı alacaq. Bu isə Premyer Liqada ən aşağı göstəricidir.
Yəni ki, elitanın 10 iştirakçısı arasında ondan aşağı məvacib alan olmayacaq.
Müqayisə üçün deyək ki, Azər Bağırovdan öncə «Kəpəz»i çalışdıran Adil Şükürovun maaşı 9000 manat təşkil edib.
SPORTİNFO.AZ