COP29

Forma tapmadılar, “nakidka” təklif etdilər, texniki məğlubiyyət aldılar - OLAY!

5 Sentyabr 23:00 Kəpəz 1 230
Forma tapmadılar, “nakidka” təklif etdilər, texniki məğlubiyyət aldılar - OLAY!

Gənclər Liqasının 2-ci turu çərçivəsində sentyabrın 2-də keçirilməsi planlaşdırılan UFA – “Kəpəz” matçı baş tutmayıb.

Daha doğrusu, qonaq komandaya texniki məğlubiyyət verilib.

Niyə?

İştirakçılar Abşeron Ordu İdman Klubunun meydanına çıxmağa hazırlaşanda məlum olub ki, UFA ilə “Kəpəz”in formalarının rəngi eynidir.

Bu cür hal yaşandığı halda, qonaq komanda digər rəngli forma dəstindən istifadə etmək məcburiyyətində qalır. “Kəpəz” Gəncədən Bakıya yalnız bir dəstlə gəldiyindən, dərhal alternativ yollar axtarılıb.

“Kəpəz” rəsmiləri təklif edib ki, qonaqlar futbolkanın üstündən fərqli rəngli “nakidka” (örtük) geyinsin. Hətta bununla bağlı AFFA-da müvafiq şəxslərə zəng olunub.

Assosiasiyadan cazə verilməyib. Gəncəliləri başa salmağa çalışıblar ki, bura qalibi Çempionlar Liqasına qatılan U-19 Gənclər Liqasıdır, hansısa məhəllələrarası çempionat yox.

Qonaqlar liqada yalnız bir dəst formanın ümidinə qaldığından, başqa çıxış yolu tapılmayıb. Nəticədə “Kəpəz”ə meydana çıxmadan texniki məğlubiyyət verilib.

Ümid edək ki, dövlət büdcəsindən “Kəpəz”ə maliyyə ayıran qurum və ya şəxslər klubdakı rəhbər adamlardan məlum biabırçılığın səbəbini soruşacaq,

Gənclər Liqasına qatılan komandanın hansı səbəbdən gülməli vəziyyətə düşməsi aydınlaşdırılacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti