
Qvineya-Bissau millisinin sabiq üzvü Joao Marionu "Kəpəz"ə lazım olmayıb.
Bir müddətdir bölgə klubunda baxışda olan vingerin performansı baş məşqçi Adil Şükürovu razı salmayıb.
Bu səbəbdən 30 yaşlı legioner düşərgəni tərk edib.
Mario karyerasına yerli "Lusitana"da başlayıb.
Portuqaliya vətəndaşlığı olan futbolçunun karyerası da uzun müddət bu ölkə ilə bağlı olub.
Hazırda azad agent olan legioner “Benfika B”, “Çaveş”, “Vizeu”, “Vilafrankese”, “Koimbra”da oynayıb.
Qısa müddət Vyetnam və Bolqarıstanda legioner həyatı yaşayıb.
O, milli komandada keçirdiyi 14 matçda 2 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ