Azərbaycandakı “Benfika”lı: ”Karyeramı burada davam etdirməyim tək məndən asılı deyil”

30 May 2024 21:00 Kəpəz 1 446
Azərbaycandakı “Benfika”lı: ”Karyeramı burada davam etdirməyim tək məndən asılı deyil”

“Bu barədə söhbətimiz olacaq“.

“Kəpəz“in qapıçısı İqor Rodriges Sportinfo.az-a açıqlamasında belə deyib.

Ötən ilin payızında Gəncə təmsilçisi ilə anlaşan portuqaliyalı kiperin müqavilə müddəti bitib.

Yayılan xəbərlərə görə, qərb klubu onu buraxmaq niyyətində deyil.

İddialara görə, Premyer Liqa mənsubu portuqaliyalıya yeni sözləşmə təklif edib. Onun müqavilə müddəti bir illik artırılacaq.

İqor bu barədə söyləyib:

“Növbəti mövsümdə “Kəpəz”də olub-olmayacağım özümə də məlum deyil. İndi nəsə demək üçün tezdir.

Bir az gözləmək lazımdır. Karyeramı burada davam etdirmək istərdim.

Ancaq bu, tək məndən asılı deyil. Klubun maliyyə şərtlərindən və məşqçilərin fikrindən də çox şey asılıdır“.

29 yaşlı qolkiper 2023-cü il oktyabrın 12-də “Kəpəz”lə müqavilə imzalayıb.

Sözügedən “əlcək sahibi“ əvvəllər “Toça”, “Sportinq Kovilya”, “Benfika”, “Eştoril”, “Çaveş” və “Feyrense”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"