İki deputat kluba və İcra Hakimiyyətinə xahiş etdi - Onu vəzifədən uzaqlaşdırmayın

30 May 2023 19:00 Kəpəz 2 254
İki deputat kluba və İcra Hakimiyyətinə xahiş etdi - Onu vəzifədən uzaqlaşdırmayın

Milli Məclisin 2 deputatı «Kəpəz» rəhbərliyinə və Gəncə şəhər İcra Hakimiyyətinə müraciət edib.

Parlamentarilər Tərlan Əhmədovun baş məşqçi postunda saxlanılması xahişi ilə bu addımı atıb.

Ötən ilin payızında Yaşar Vahabzadəni əvəzləmiş Tərlan Əhmədovun klubla müqavilə müddəti başa çatıb. O, qarşısına qoyulan məqsədi yerini yetirib - komanda Premyer Liqada qalıb.

Gəl ki, baş məşqçinin başda İdarə Heyətinin sədri İlqar Nadiri olmaqla, «Kəpəz»in idarəçiləri, məşqçiləri və yerli futbol ictimaiyyətinin nümayəndələri ilə münasibətləri gərgindir.

Tərəflər müxtəlif səbəblərdən dəfələrlə toqquşub. Onunla mübahisə edən kim, döymək istəyən kim! Bir sözlə, hər cür insident yaşanıb.

İlqar Nadiri Tərlan Əhmədovun qalmasını arzulamır. Sədr bu fikrini yaxın çevrəsinə də bildirib.

Sadəcə, belə məsələlərdə qərarı o, təkbaşına qəbul eləmir. Şəhər rəhbərliyi də klubdaxili işlərə müdaxilə edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti