"Kəpəz"in sponsor gündəmi - Gəldilər, gördülər, getdilər

27 Mart 2023 11:00 Kəpəz 1 045
"Kəpəz"in sponsor gündəmi - Gəldilər, gördülər, getdilər

«Kəpəz»in sponsor intizarı, deyəsən, hələ bir müddət də davam edəcək.

«Turan Tovuz»dan fərqli olaraq, Gəncə təmsilçisinin bu istiqamətdə apardığı iş istənilən səviyyədə deyil.

Yaxınlarda bu məqsədlə yerli İcra Hakimiyyətində toplantı keçirildi. Şəhərin rəhbəri Niyazi Bayramovun iştirakıyla təşkil olunan yığıncaq bir neçə saat sürsə də, nəticədən danışmaq tezdir.

Bu arada bəzi şirkətlərin nümayəndələri Bakıdan Gəncəyə gəlib. Onlar öncə klubun bazasında olub, şəraiti gözdən keçirib, həmçinin bir sıra şəxslərlə görüşüblər.

Paytaxtdan təşrif buyurmuş iş adamları daha sonra İcra Hakimiyyətinin təmsilçiləri ilə bir araya gəlib, «Kəpəz»in durumuyla bağlı öz fikirlərini bildiriblər.

Ayrı-ayrı şirkətlərin mənsublarının söylədikləri bir-birindən fərqlənməyib.

Hamısı eyni ifadəni işlədib: klubda idarəçilik çox aşağı səviyyədədir, burada çalışanlar arasında fikir ayrılığı böyükdür, biz burada heç bir perspektiv görmürük.

Bir sözlə, Gəncəyə istiqamətləndirilmiş iş adamları «Kəpəz»lə əməkdaşlığa qol qoymadan geri qayıdıb. Niyazi Bayramovun adından edilən çağırışlar da onları bu qərardan döndərməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!