İbra “Roma”ya 2 qol vurub, “Milan”la 1 xal qazandırdı - VİDEO

27 Oktyabr 2020 09:42 İtaliya 460
İbra “Roma”ya 2 qol vurub, “Milan”la 1 xal qazandırdı - VİDEO

İtaliya A Seriyasında V turun son görüşü "Milan" və "Roma" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş görüş məhsuldar heç-heçə ilə yekunlaşıb - 3:3.

Hesabı 2-ci dəqiqədə meydan sahiblərindən Zlatan İbrahimoviç açıb. 14-cü dəqiqədə Edin Ceko qonaq komandanın bərabərlik qolunu vurub. 47-ci dəqiqədə Aleksis Salemakers "qırmızı-qaralar"ı yenidən önə çıxarıb.

Lakin bu qola 72-ci dəqiqədə Jordan Veretu penalti ilə cavab verib. 80-ci dəqiqədə İbrahimoviç penaltini dəqiq yerinə yetirərək, özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub.

Bununla belə, 84-cü dəqiqədə Maraş Kumbulla yekun nəticəni müəyyənləşdirib. Heç-heçəyə rəğmən, xalını 13-ə çatdıran "Milan" liderliyini qoruyub. "Roma" isə 8 xalla 9-cu yerdə qərarlaşıb.

"Milan" – "Roma" 3:3

Qol: İbrahimoviç, 2; 79-pen. Salemakers, 47 – Dzeko, 14. Veretu, 71-pen. Kumbulla, 84.

Digər Xəbərlər
Xəbər Lenti