"Yuventus" "Barsa"dan Suaresin transferini bitirdi

6 Sentyabr 2020 00:10 İtaliya 2 116
"Yuventus" "Barsa"dan Suaresin transferini bitirdi

"Barselona"nın futbolçusu Luis Suares karyerasını "Yuventus"da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu Turin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

"Qoca sinyora" katalonlara 1 illik müqaviləsi qalan uruqvaylı futbolçu üçün cüzi təzminat ödəyəcək.

Suares ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib. "Barsa" Uruqvay millisinin üzvünü 2014-cü ildə "Liverpul"dan 82 milyon avroya transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti