“Yuventus” Briqentini transfer edib, Tureni icarəyə verdi

5 Sentyabr 2020 00:14 İtaliya 869
“Yuventus” Briqentini transfer edib, Tureni icarəyə verdi

“Yuventus” heyətinə yeni hücumçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Turin klubu “Monza”da çıxış edən Andrea Briqentini transfer edib.

“Qoca sinyora” 32 yaşlı forvardın keçidinə görə “Monza”ya 250 min avro ödəyib. Briqenti “Yuventus”un əsas yox, U-23 komandasında çıxış edəcək.

Andrea ötən mövsümün əvvəlindən “Monza”da çıxış edirdi. İtalyan hücumçu “Virtus Verona”, “Pavia”, “Sambonifacese”, “Renate” və “Kremoneze”də də forma geyinib.

“Yuventus” öz yarımmüdafiəçisi İdrissa Tureni də Niderlandın “Vitess” klubuna icarəyə verib. 22 yaşlı alman futbolçu mövsümün sonunadək Arnem təmsilçisinin uğurları üçün çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti