"Barselona"nın ulduzu ilə 3 illik müqavilə imzalayır - " Yuventus"

2 Sentyabr 2020 17:24 İtaliya 870
"Barselona"nın ulduzu ilə 3 illik müqavilə imzalayır - " Yuventus

"Barselona"nın hücumçusu Luis Suares karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Yuventus” uruqvaylı hücumçu ilə razılığa gəlib.

Məlumata görə, Turin klubu ilə bir müddətdir “Barselona” ilə danışıq aparır. Futbolçunun İtaliya təmsilçisi ilə 2023-cü ilə qədər müqavilə imzalayacağı bildirilir. Suares “Yuventus”da illik 10 milyon avro qazanacaq.

33 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsini ləğv edəcəyi və yeni klubuna azad agent statusu ilə keçəcəyi gözlənilir. Suares ötən mövsüm “Barselona”da 33 oyun keçirib və 21 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti