“Milan”dan İbrahimoviçlə 1 illik yeni müqavilə - FOTO

1 Sentyabr 2020 09:56 İtaliya 481
“Milan”dan İbrahimoviçlə 1 illik yeni müqavilə - FOTO

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçli futbolçu ilə başa çatan müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılıb. Artıq 38 yaşlı forvard komandaya qoşulub və məşqlərə başlayıb.

Yanvarda “Milan”a qayıdan 38 yaşlı oyunçu ötən mövsümün 2-ci yarısında 18 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti