Ayrılmaq istəyidini bildirdi

31 Avqust 2020 18:44 İtaliya 1 324
Ayrılmaq istəyidini bildirdi

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali klubunu dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, “Mançester Siti” oyunçu üçün danışıqları davam etdirir.

“Şəhərlilər” seneqallı müdafiəçiyə qarşılıq 70 milyon avro ödəməyə hazırdır. Ancaq İtaliya klubu 100 milyon tələb edir. Mançester təmsilçisi isə bu rəqəmin çox olduğunu düşünür.

Kulibali də rəhbərlikdən təzminat məbləğinin endirilməsini tələb edir. O, Premyer Liqa təmsilçisinə keçməyə müsbət yanaşdığını “Napoli” rəhbərliyinə bildirib.

“Mançester Siti” oyunçuya mövsümü 10 milyon avrodan 5 illik müqavilə təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti