"Yuve" 4,5 milyona məcburi satınalma şərti ilə icarəyə götürdü

30 Avqust 2020 12:20 İtaliya 891
"Yuve" 4,5 milyona məcburi satınalma şərti ilə icarəyə götürdü

"Yuventus" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Ueson Makkenini heyətinə qatıb.

"Qoca sinyora" 22 yaşlı oyunçunu 4,5 milyon avroya məcburi satınalma şərti ilə icarəyə götürüb. Turinlilər bu keçid üçün "Şalke"yə 18,5 milyon avro ödəyəcək. İtaliya təmsilçisi bu məbləği üç il ərzində Bundesliqa klubuna köçürəcək.

Daha 7 milyon avro isə bonuslar şəklində ödəniləcək. Bu isə futbolçunun performansından asılı olacaq. ABŞ millisinin üzvü 2016-cı ildə "Dallas Akademiyası"ndan "Şalke"yə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti