"Yuventus" 3 milyon avro icarə haqqı ödəyəcək

28 Avqust 2020 13:40 İtaliya 694
"Yuventus" 3 milyon avro icarə haqqı ödəyəcək

"Yuventus" "Şalke"nin futbolçusu Ueston Makkenini icarəyə götürməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sabah Turin klubunda tibbi müayinədən keçəcək.

Bundan sonra onunla müqavilə imzalanacaq. "Yuventus" Almaniya təmsilçisinə 3 milyon avro icarə haqqı ödəyəcək. Klub növbəti mövsümün sonu 18 milyon avro ödəyərək amerikalı oyunçunu birdəfəlik almaq hüququna malik olacaq.

Makkenni 2019/2020 mövsümün 32 matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!