Millinin yarımmüdafiəçisi klubunu dəyişdi - A Seriyasında

27 Avqust 2020 01:38 İtaliya 1 015
Millinin yarımmüdafiəçisi klubunu dəyişdi - A Seriyasında

“Torino” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sampdoriya”nın yarımmüdafiəçisi Karol Linettini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı polşalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Polşanın “Lex” klubunun yetirməsi olan Linetti, 2016-cı ildən “Sampdoriya”nın uğurları üçün çalışırdı. O, 2014-cü ildən Polşa millisinin də şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM