"Milan" İbrahimoviçi razı sala bilmir - llik 6 milyon istəyib

24 Avqust 2020 11:06 İtaliya 519
"Milan" İbrahimoviçi razı sala bilmir - llik 6 milyon istəyib

"Milan" müqaviləsi başa çatan Zlatan İbrahimoviçlə anlaşa bilməyib.

Sportinfo.az xəbər verir ki, İsveçli futbolçu ilə klub arasında danışıqlar uzanır və tərəflər müqaviləni razılaşdıra bilmirlər.

İddialara görə, Zlatan "qırımızı-qaralar"dan illik 6 milyon avro maaş istəyib. "Milan" bazar ertəsi yeni mövsümün hazırlığına başlayacaq. 39 yaşlı hücumçu komandanın düşərgəsinə hələ ki qatılmayacaq.

İbrahimoviç ötən mövsüm "Milan"da keçirdiyi 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti