"Milan" "Qarabağ"dən gələn qapıçını buraxmaq istəmir

15 Avqust 2020 13:54 İtaliya 1 030
"Milan" "Qarabağ"dən gələn qapıçını buraxmaq istəmir

"Milan" icarə əsasında komandada çıxış etmiş "Bornmut"un qapıçısı Asmir Beqoviçi buraxmaq istəmir.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper "Milan"da əsas heyətə düşə bilməsə də, klub onu saxlamaq niyyətindədir.

İtaliya təmsilçisi bu dəfə Beqoviçi müqavilə ilə "Bornmut"dan almağı düşünür. Türkiyə mətbuatı isə Asmir Beqoviçin "Fənərbağça" ilə razılıq əldə etdiyini yazıb.

Bosniya və Herseqovina millisinin üzvü 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla "Milan"ına keçib. Beqoviçin klubu ilə sözləşməsi 2021-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!