"Yuventus" Ronaldonu hans kluba satacaq?

14 Avqust 2020 10:10 İtaliya 1 366
"Yuventus" Ronaldonu hans kluba satacaq?

"Yuventus"un aparıcı futbolçuları - Kriştianu Ronaldo və Paulo Dibaladan biri ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, yaxın vaxtlarda Turin klubunun yeni baş məşqçisi Andrea Pirlo ilə idman direktoru Fabio Paratiçi arasında bununla bağlı görüş olacaq.

"Qoca sinyora" sözügedən oyunçulardan birini satmaqla yüksək maaş yükündən azad olmaq niyyətindədir.

Portuqaliyalı hücumçunun illik məvacibi 31 milyon avrodur. Argentinalı futbolçu isə "Yuventus"da ilinə 15 milyon avro qazanır.

Daha əvvəl Kriştianu Ronaldonun "Barselona"ya təklif olunduğu ilə bağlı xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti