Pirlo bu futbolçuların "Yuventus"dan göndərilməsini istədi

14 Avqust 2020 09:56 İtaliya 1 118
Pirlo bu futbolçuların "Yuventus"dan göndərilməsini istədi

"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo heyətə əl gəzdirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı hücumçu Qonsalo İquainlə almaniyalı yarımmüdafiəçi Sami Xediranı gələcək planlarında görmür.

Bu səbəbdən italiyalı çalışdırıcı rəhbərlikdən hər iki oyunçunun satılmasını istəyib.

Xedira 2015-ci ildən "Yuventus"da çıxış edir. İquain isə 2016-cı ildə 94 milyon avroya "Napoli"dən "qoca sinyora"ya keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti