“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu - FOTO

8 Avqust 2020 23:40 İtaliya 889
“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu - FOTO

Maurisio Sarri ilə yollarını ayıran “Yuventus”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “qoca sinyora” klubun əfsanələrindən biri olmuş Andrea Pirlo ilə müqavilə imzalayıb. 41 yaşlı Pirlo ilə 2022-ci ilə kimi anlaşma əldə olunub.

Pirlo 3 gün əvvəl klubun U-23 komandasına baş məşqçi təyin edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti