Ronaldonun bacısı: "Hər şeyi tək edə bilməzsən, bu, mümkün deyil!"

8 Avqust 2020 20:20 İtaliya 862
Ronaldonun bacısı: "Hər şeyi tək edə bilməzsən, bu, mümkün deyil!"

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyru Çempionlar Liqasının 1/8 finalında "Lion"la cavab oyunundan (2:1) sonra qardaşına dəstək olub.

Sportinfo.az xəbər verir ki, o, özünün "İnstaqram" səhifəsində ÇL-də mübarizəni dayandıran Turan klubunun hücumçusu ilə bağlı yazıb:

“Sən əlindən gələni etdin. Oyunun və fədakarlığınla fəxr edirəm. Təəssüf ki, hər şeyi tək edə bilməzsən. Bu, mümkün deyil!

Bunun futbolun olduğunu bilirsən. Ancaq bilin ki, əlinizdən gələni etdiniz və hələ də ən yaxşısınız".

Ronaldo dünən "Lion"la görüşdə dubla imza atsa da, bu, növbəti mərhələyə yüksəlmək üçün bəs etməyib. Fransa təmsilçisi səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti