"Lənətlənmişik"

8 Avqust 2020 17:10 İtaliya 733
"Lənətlənmişik"

"Yuventus"un baş məşçqisi Maurisio Sarri Çempionlar Liqasının 1/8 finalında "Lion"la matçdan sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi (2:1, ilk görüşdə 0:1) qələbə qazansa da, rəqibin səfər qoluna görə turnirlə vidalaşmalı olub.

61 yaşlı mütəxəssis isə "qoca sinyora"nın lənətləndiyi üçün yarışda uğur qazana bilmədiyini düşünür: "Bu mövsüm Çempionlar Liqasında 8 oyuna çıxmışıq. 6 maçtda qalib gəldik, 1 qarşılaşmada uduzduq, 1 görüşdə isə heç-heçə etdik.

Bu turnir liqa formatında olsaydı, 19 xalla ya lider, ya da 2-ci yerdə idik. Amma bunun əvəzinə turnirdən kənarda qalmışıq. Buna görə də inanılmaz dərəcədə məyusam. "Yuventus"un Çempionlar Liqasında lənətləndiyini anlamışam".

Digər Xəbərlər
Xəbər Lenti