"İnter" "Mançester Yunayted"lə razılığa gəldi

4 Avqust 2020 09:56 İtaliya 590
"İnter" "Mançester Yunayted"lə razılığa gəldi

Aleksis Sançes İtaliyada oynamağa davam edəcək.

Sportinfo.az xəbər verir ki, “İnter” oyunçunun müqavilə ilə məxsus olduğu “Mançester Yunayted” klubu ilə razılığa gəlib.

Mövsümü icarə əsasında İtaliya təmsilçisində keçirən çilli futbolçu üçün bir müddətdir danışıqlar davam edirdi. Sançes özü də A Seriyasında çıxış etməkdən məmnunluğu bildirib.

Artıq tərəflər razılığa gəlib. Futbolçu “İnter”lə 2023-cü il qədər müqavilə imzalayacaq. Milan təmsilçisinin təcrübəli forvard üçün qarşı tərəfə 15 milyon avro ödəyəcəyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti