İcarə müqaviləsi başa çatan hər iki hücumçu geri qayıtdı

10:15 İtaliya 1 034
İcarə müqaviləsi başa çatan hər iki hücumçu geri qayıtdı

“Milan”ın futbolçuları Joao Feliks və Rikkardo Sottil komandadan ayrılıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki hücumçunun icarə müqavilələri başa çatıb.

Feliks “Milan”a 2025-ci ilin fevralında “Çelsi”dən qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Sottil isə “Milan”a “Fiorentina”dan icarəyə verilib. İtaliyalı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti