Futbolçularının koronavirus testinin nəticəsi açıqladı

16 May 2020 09:56 İtaliya 580
Futbolçularının koronavirus testinin nəticəsi açıqladı

"Sampdoriya"nın daha əvvəl koronavirusa yoluxmuş dörd futbolçusunun COVID-19 testlərinin növbəti nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub özünün rəsmi saytında bildirib.

Futbolçuların koronavirus testlərinin növbəti nəticələri mənfi olub. Bununla da futbolçuların sağaldığı hesab edilir. Mayın 7-də Genuya klubu koronavirusa üç yeni yoluxmanın qeydə alındığını, daha bir oyunçunun testinin müsbət nəticə verdiyini bildirib.

Virusa yoluxmuş oyunçularda xəstəlik simptomsuz olub. "Sampdoriya"nın COVID-19-a yoluxmuş ilk futbolçusu hücumçu Manolo Qabbyadini olub. Nəticədə yoluxma onun altı komanda yoldaşında da aşkarlanıb.

Genuyalılar bu göstərici üzrə lider olublar. Bundan sonra "Sampdoriya”nın oyunçularından biri klubun daha 15 futbolçusunun COVID-19-a yoluxduğunu bildirib. "Sampdoriya" 25 turda 26 xal yığaraq, İtaliya çempionatında 16-cı yer tutur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"