“Qarabağ”ın pley-off matçı bu kanalda göstəriləcək

29 Avqust 2023 12:40 Qarabağ 1 276
“Qarabağ”ın pley-off matçı bu kanalda göstəriləcək

Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ” Sloveniyadan “Olimpiya”nı (Lyublyana) qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, 31 avqustda keçiriləcək matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.

Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq.

Avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi.

Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti