Bədniyyətlilər bu komandanın… Dərdə baxan yox!

4 Dekabr 2023 11:20 İtaliya 947
Bədniyyətlilər bu komandanın… Dərdə baxan yox!

Tənqid etmək olar. Hər kimi, hər kəsi.

Baxır adamına. Baxır dozasına.

«Turan Tovuz»un üstünə çox gedilir son vaxt.

Mən diqqət yetirmişəm, yəqin siz də fikir vermisiz – bədniyyətlilər bu komandanın məğlubiyyətlərini sayır.

Bir oldu, bəy! İki oldu, bəy! Üç oldu, bəy! Dörd olurdu, olmadı, bəy!

«Sumqayıt»la qarşılaşmanın ilk hissəsi «Turan»ı ardıcıl dördüncü məğlubiyyətə tərəf itələdi. Fasiləyə geridə - 0:2 ilə yollandılar.

Yenə müdafiə səhvində yol verilən bəsit xətalar…

Bu, artıq adi hal alıb. Zələli oyunçularının sayını itirən Ayxan Abbasovun halına acımıram ta!

Ona görə ki, Abbasovun özü reallığı olduğu kimi qəbul edib.

Məqsəd Premyer Liqada qalmaqdır, qurtarılan 1 xala da min bərəkət! Hədəfi sərhəd tanıyan «Turan»ın naturasını qüsurlu saymamalıyıq.

Onlar oynaya bilir v rəqibə də bu imkanı yaradır. Oynaya-oynaya Premyer Liqadakı yeri qorumaq çətin məsələ deyil, amma bir o qədər də asan deyil.

«Turan» qonaqlarını Tovuzda qəbul edir. Tovuz gözəl yerdir, amma o stadion, o meydança olmasaydı.

Sahənin üstü bəzək, altı isə təzəkdir. Süni qazon sərt və yamaq-yamaqdır.

Buranı düzəldəndə, təbii ot edəndə, nəticələr də düzələcək, azarkeşin istədiyini edəcək, tipik ev komandası olacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti