FİFA Şurası Bürosunun iclası keçirilib.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FİFA U-20 World Cup 2027”nin tarixi rəsmən açıqlanıb.
20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
Turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.
