“Derbilər mənim dövrümdən bəri dəyişib, indi yalnız əcnəbilər oynayır”

6 Mart 21:40 İtaliya 133
“Derbilər mənim dövrümdən bəri dəyişib, indi yalnız əcnəbilər oynayır”

“Milan”ın sabiq oyunçusu Demetrio Albertini komandanın hücumçusu Rafael Leao haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun martın 8-də keçiriləcək “İnter”lə qarşıdakı matçda komanda yoldaşlarına rəhbərlik etməli olduğuna inanır:

“Derbilər mənim dövrümdən bəri dəyişib. Klublarda indi demək olar ki, yalnız əcnəbilər oynayır. Bu, belə matçları bir az qəribə edir.

Amma Leao “Milan”da komanda yoldaşlarına rəhbərlik etməlidir. O, komandanın veteranıdır, çünki yeddi ildir klubdadır”.

Albertini 1988-ci ildən 2002-ci ilə qədər “Milan”da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti