Uzun fasilədən sonra milliyə qaytarmaq istəyir - 33 yaşlı yarımmüdafiəçini

3 Mart 00:00 İtaliya 717
Uzun fasilədən sonra milliyə qaytarmaq istəyir - 33 yaşlı yarımmüdafiəçini

İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo dünya çempionatının pley-off mərhələsinin həlledici oyunlarından əvvəl heyəti seçməkdə çətinlik çəkir və 33 yaşlı futbolçu Marko Verrattini geri qaytarmağı düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qattuzo yarımmüdafiəçi ilə şəxsən danışıb və onların söhbəti müsbət olub.

Uzun müddətdir milli komandada oynamayan və hazırda Qətərin “Əl-Ərəbi” klubunda çıxış edən oyunçu geri dönməyə və komandaya kömək etməyə hazır olduğunu bildirib.

Verratti bu mövsüm 15 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

İtaliya millisi 26 martda keçiriləcək pley-off yarımfinalında Şimali İrlandiya yığması ilə qarşılaşacaq. Bu matçın qalibi 31 martda – həlledici oyunda Uels, ya da Bosniya və Herseqovina ilə oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM