“Yuventus”un direktoru Corco Kyellini, komandanın baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzatmaq niyyətində olduqlarını bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni müqavilə məsələsini müzakirə edəcəklərini söyləyib:
“Tezliklə Spaletti ilə yeni müqaviləni müzakirə edəcəyik. Təkrar edirəm, “Yuventus”un baş məşqçisi kimi başqa heç kimi görmürəm”.
Spaletti 2025-ci ilin oktyabr ayının sonunda bu posta təyin olunub. “Qoca sinyora” son vaxtlar uğursuzluq yaşayır, lakin klub rəhbərliyi müqaviləsinin müddəti yayda başa çatacaq italiyalı mütəxəssisin işini müsbət qiymətləndirir.
“Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 6-cı yerdədir.

